525.Az

"Kişilərin ürəyinə gedən yol mədəsindən keçir"miş?


 

"Kişilərin ürəyinə gedən yol mədəsindən keçir"miş?<b style="color:red"></b>

Nigeriyada bir kişi həyat yoldaşının onu ac qoyduğunu iddia edərək ondan boşanıb.

Musavat.com xəbər verir ki hadisə Laqos əyalətində keçirilən məhkəmədə alınan qərarla yekunlaşıb. Hakim davada şikayətçi əri haqlı görüb.
 
Nigeriyanın “Vanguard” qəzetinin xəbərinə görə kişi həyat yoldaşının yeməyi vaxtında gətirmədiyinə görə məhkəməyə verib.
 
Məhkəmədə “Həyat yoldaşım öz qadınlıq vəzifəsinə laqeyd yanaşır. Ona dəfələrlə xəbərdarlıq etdim. Məni ac qoyan bir qadınla evli qalmaqda heç bir məna görmürəm” deyib.

Qadın isə 25 illik ərinin ittihamlarını rədd edərək onun başqa bir qadınla evlənmək istədiyini iddia edib.

Məhkəmə onları barışdırmağa çalışsa da, buna nail ola bilməyib. Son çarə olaraq hakim cütlüyün boşanmasına qərar verib.

 





14.08.2015    çap et  çap et