525.Az

Təmas xəttində monitorinq keçirilib


 

Təmas xəttində monitorinq keçirilib<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 14-də qoşunların təmas xəttində monitorinq keçirilib.

525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinq Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında baş tutub.
 
Monitorinq zamanı hər hansı bir insident qeydə alınmayıb.
 
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər.
 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov izləyiblər.

 





14.08.2015    çap et  çap et