525.Az

Moskvada üzərində 1,7 milyon dollar olan Azərbaycan vətəndaşı saxlanılıb


 

Moskvada üzərində 1,7 milyon dollar olan Azərbaycan vətəndaşı saxlanılıb<b style="color:red"></b>

Moskvada “Şeremetyevo” aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın “Moskva xəbərləri” agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan həmyerlimiz müvafiq gömrük bəyannaməsində 1 milyon dolları qeyd edib.
 
Baxış keçirilərkən isə çantada əlavə 700 min dollar aşkarlanıb. Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.
 
Qeyd edək ki, saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.

 





14.08.2015    çap et  çap et