525.Az

"Apple"ın internet televiziyası istifadəyə veriləcək


 

"Apple"ın internet televiziyası istifadəyə veriləcək<b style="color:red"></b>

ABŞ-ın "Bloomberg” agentliyinin məlumatına görə, “Apple” korporasiyası internet televiziya xidmətini 2016-cı ildə istifadəyə verəcək.

525.az "AZƏRTAC"a istinadən xəbər verir ki, "Apple” internet üzərindən işləyən televiziya xidmətini bu il sentyabrın 9-da San-Fransiskoda təqdim etməyi planlaşdırırdı, lakin “CBS”, “Fox” və “NBC” televiziya şirkətlərindən yayım lisenziyasının alınması prosesi gözlənildiyindən daha çox çəkib.

Bundan əlavə, ABŞ-ın ərazisi “Apple” şirkətinin televiziya xidmətinin sabit işinin təmini üçün kifayət qədər güclü kompyuter şəbəkəsinə malik deyil.

 





14.08.2015    çap et  çap et