525.Az
Dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edildi
Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
15.08.2015
çap et