525.Az

4 rayonun internetlə təchizatında problemlər yaranıb


 

4 rayonun internetlə təchizatında problemlər yaranıb<b style="color:red"></b> Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarının internetlə təchizatında problemlər yaranıb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilmirlər.
 
Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi bağlıdır. 
 
“Aztelekom” İstehsalat Birliyinin mətbuat katibi Elmar Hüseynov bildirib ki, internet təchizatında problemin onun təmsil etdiyi quruma aidiyyatı yoxdur.
 
Qeyd edək ki, Azərbaycanı internetlə “Delta Telekom” şirkəti təmin edir. Adıçəkilən rayonlarda internetin kəsilməsinin əsas səbəbi kimi də ölkənin əsas internet provayderi olan “Delta Telekom” şirkətinin avadanlığı dəyişdirməsi göstərilir. 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov “APA-Economics”ə bu məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu rayonlara internetin bərpası istiqamətində iş gedir. “Eyni zamanda, problemin hansı səbəbdən qaynaqlandığı araşdırılır. 1-1,5 saata problem həllini tapacaq, bu rayonlara internetin verilməsi bərpa olunacaq”, - deyə M.Əmirov vurğulayıb.
 





15.08.2015    çap et  çap et