525.Az

"Ludoqorets"in baş məşqçisi qovuldu


 

"Ludoqorets"in baş məşqçisi qovuldu<b style="color:red"></b>

Bolqarıstanın "Ludoqorets" klubunun baş məşqçisi Bruno Ribeyru istefaya göndərilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın avrokuboklarda uğursuz çıxışı səbəb olub.

Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova çempionu "Milsami"yə uduzaraq mübarizəni dayandıran "Ludoqorets"in rəhbərliyi portuqaliyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.

Qeyd edək ki, "Ludoqorets" ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Real" (Madrid), "Liverpul" və "Bazel"lə mübarizə aparıb.

 





15.08.2015    çap et  çap et