525.Az

4 rayona internetin verilişi bərpa edilib


 

4 rayona internetin verilişi bərpa edilib<b style="color:red"></b>

Azərbaycanın Bərdə, Ağdam, Tərtər, Ağcabədi rayonlarının internetlə təchizatında bu gün səhərdən yaranan problem aradan qaldırılıb.

“Aztelekom” İstehsalat Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bu rayonlara internetin verilməsi ilə bağlı heç bir problem yoxdur.

Problem Ağdam rayonuna ötürülən kabeldə yaranıb və təmir edilərək aradan qaldırılıb.

Qeyd edək ki, bu gün saat 09:00-dan sonra adıçəkilən rayonların sakinləri internetdən istifadə edə bilməyiblər.

Sakinlərə bildirilib ki, problem paytaxtdan internetin ötürülməməsi ilə bağlı olub.

 





15.08.2015    çap et  çap et