525.Az

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilir


 

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilir<b style="color:red"></b>

Avqustun 16-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyi tamam olur.
 
84 illik parlaq və şərəfli bir ömür yaşamış B.Vahabzadə yeni dövr Azərbaycan poeziyasına çox dəyərli əsərlər bəxş edib, həm ədəbi, həm də ictimai fəaliyyətilə geniş şöhrət qazanıb.

Şairin 90 illik yubileyi ilə əlaqədar, Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bir sıra tədbirlər hazırlanaraq həyata keçirilməkdədir.

Belə tədbirlərdən biri də avqustun 17-də saat  11:00-da Milli Kitabxanada gerçəkləşdiriləcək. Həmin gün Milli Kitabxanada şairin yubileyinə həsr edilmiş “Bəxtiyar Vahabzadə -90” adlı geniş kitab sərgisinin açılış mərasimi olacaq.

Açılış mərasimində şairin həyat və yaradıcılığına aid çıxışlar dinləniləcək, onun çoxşaxəli fəaliyyətinə bir daha nəzər salınacaq.

 

 





15.08.2015    çap et  çap et