525.Az

XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Azərbaycan da qatılacaq


 

XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Azərbaycan da qatılacaq<b style="color:red"></b>

Sentyabrın 2-dən 6-dək Rusiyada XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.

Nazirlikdən “Azərtac”a bildirilib ki, sərgi çərçivəsində beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, Moskva Kitab Sərgi-Yarmarkası nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

 





15.08.2015    çap et  çap et