525.Az

Türkiyədə cinayət törədən azərbaycanlı Rusiyada saxlanılıb


 

Türkiyədə cinayət törədən azərbaycanlı Rusiyada saxlanılıb<b style="color:red"></b>

Türkiyədə cinayət törədən və İnterpol xətti ilə axtarışa verilən azərbaycanlı Rusiya ərazisində saxlanılıb.

APA-nın “in-news.ru” saytına istinadən məlumatına görə, həmin şəxs ağır cinayət törətməkdə təqsirli bilindiyi üçün Türkiyə onun haqqında həbs-qətimkan tədbiri seçib və beynəlxalq axtarışa verib.
 
Əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən həmin şəxs Koqalm şəhərində saxlanılıb.

Yaxalanan şəxs Türkiyəyə ekstradisiya edilib.

 





17.08.2015    çap et  çap et