525.Az

"Panatinaikos" Bakıya nə vaxt gələcək?


 

"Panatinaikos" Bakıya nə vaxt gələcək?<b style="color:red"></b>

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qəbələ"nin qonağı olacaq "Panatinaikos"un Bakıya gələcəyi tarix müəyyənləşib.

Qol.Az-ın Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, Afina təmsilçisi paytaxtımıza oyundan bir gün öncə, avqustun 19-da gələcək.

Səhər saatlarında Bakıya yola düşəcək "Panatinaikos"un axşam matçın keçiriləcəyi 8-ci km qəsəbə stadionunda oyunöncəsi son məşqə çıxacağı gözlənilir.

Qeyd edək ki, avqustun 20-də keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

 





17.08.2015    çap et  çap et