525.Az

Meksika Dünya Kubokunda 3 növdə yarışır


 

KOMANDA ATICILIĞIN TAPANÇA, TÜFƏNG VƏ QIRMA TÜFƏNG NÖVLƏRİNDƏ ÇIXIŞ EDIR

Meksika Dünya Kubokunda 3 növdə yarışır <b style="color:red"></b>

Qəbələdə Atıcılıq üzrə Dünya Kuboku uğurunda mübarizə davam edir.

Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, avqustun 6-sında start götürən yarışlarda Meksikanın Atıcılıq üzrə Milli Komandası atıcılığın tapança, tüfəng və qırma tüfəng növlərində çıxışı edir.

Yarış 100 ölkədən 2000 idmançını bir araya gətirib və 2016-cı il Rio de Janeyro Olimpiya Oyunları üçün 34 lisenziya verir. Səfirlik bir neçə lisenziya əldə etməsi yolunda 12 idmançıdan ibarət olan Meksika nümayəndəsini dəstəkləyir.

Qeyd edək ki, Qəbələdə keçirilən Atıcılıq üzrə Dünya Kuboku avqustun 16-sında başa çatacaq. Əlavə edək ki, Meksika Azərbaycanda keçirilən müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə daim öz nümayəndə heyəti ilə təmsil olunur. Sonuncu dəfə Meksika yığması keçən ay Bakıda təşkil olunan 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edib.

Ceyhun ABASOV

 





14.08.2015    çap et  çap et