525.Az

“Azərbaycanda heç bir radikal qüvvəyə yer yoxdur” - Fotolar


 

“Azərbaycanda heç bir radikal qüvvəyə yer yoxdur” - <b style="color:red">Fotolar</b>

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qəbələ şəhərində “Milli-mənəvi dəyərlərimiz və müasir çağırışlar” adlı növbəti tədbir keçirib.
 

Birlikdən 525.az-a verilən məlumata görə, sədr Sevinc Əzimbəyli bildirib ki, milli – mənəvi dəyərlər tarixin bütün mərhələlərində ictimai-mədəni tərəqqinin əsas göstəricisi kimi nəzərə çarpıb.

Onun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə milli və mənəvi dəyərlər ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu və ya digər formada inteqrasiya edib. Bu gün isə müstəqil Azərbaycan dövləti öz adət-ənənələrinin ən əsas təbliğatçısı və mühafizəçisidir.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bu gün milli və mənəvi dəyərlərə sahib olan ölkə gəncinin cihad yeri Qarabağ olmalıdır:

“Biz torpaqlarımızın azadlığı üçün imanımızın güclənməsinə, eləcə də milli və mənəvi dəyərlərimizin qorunub saxlanmasına xüsusi diqqət yetirməliyik”.
 
Ölkədəki nümunəvi tolerant mühitdən danışan S.Camal Azərbaycanda heç bir radikal qüvvəyə yer olmadığını vurğulayıb. 

Tədbirdə həmçinin Qəbələ şəhər icra hakimiyyətinin nümayəndəsi Zahid Əfəndiyev,Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin bölgə təmsilçisi Elvin Qarayev və Şəhər Cümə məscidinin dini icmasının sədri Saleh Şirinov mövzu ətrafında çıxış ediblər.

 





17.08.2015    çap et  çap et