Şimali Koreya Milli Müdafiə Komissiyasının nümayəndəsi Cənubi Koreya ilə birgə həyata keçirdiyi hərbi təlimləri dayandırmayacağı halda ABŞ-a hücum edəcəkləri ilə təhdid edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Şimali Koreya rəsmisi qeyd edib ki, ölkəsinin ordusu artıq Amerika əsgərlərinə tüfənglərlə müqavimət göstərmək məcburiyyətində qaldığı dövrdəki kimi gücsüz deyil:
“Şimali Koreya dünyanın xəbərdar olmadığı müdafiə və hücum silahlarına sahibdir”.
Xatırladaq ki, ABŞ və Cənubi Koreya avqustun 17-də birgə hərbi təlimlərə başlayacaq. İki ölkənin hərbi güclərinin iştirakı ilə birgə hərbi təlimlər mütəmadi olaraq keçirilir. Şimali Koreya isə bunu özünə qarşı təhlükə kimi qəbul edir.
çap et