525.Az

Daha bir polis əməkdaşına xəsarət yetirildi


 

Daha bir polis əməkdaşına xəsarət yetirildi<b style="color:red"></b>

Azərbaycanda daha bir polis əməkdaşına xəsarət yetirilib.


 Bu barədə APA-ya Yevlax Rayon Polis Şöbəsindən bildirilib.     
                                                              

Məlumata görə, dekabrın 23-də saat 20.15 radələrində Yevlax rayonu ərazisində, rayon sakini Bəxtiyar Səlimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub naməlum şəxs bıçaqla ona daxilə nüfuz etməyən xəsarətlər yetirib. Daha sonra naməlum şəxs sürücünü düşürüb və avtomobili onun əlindən alaraq gedib. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılarkən, sürücüsü bıçaqla polis əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi hədələyib və təpiklə onlara xəsarət yetirib. Polis əməkdaşları sürücünün əlindən bıçağı alaraq onu saxlayıblar. Araşdırmalar zamanı onun rayon sakini sərxoş halda olan Taleh Ağayev olması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

 





24.12.2012    çap et  çap et