"Barselona"nın futbolçusu Adriano İspaniya superkubokunda bu gecə keçiriləcək "Atletik"ə (Bilbao) qarşı matçı buraxacaq.
Qol.Az-ın İspaniya mətbuatına istinadənyaydığı xəbərə görə, buna səbəb braziliyalı müdafiəçinin zədələnməsidir.
Qeyd edək ki, "Barselona" - "Atletik" cavab görüşü bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. Bu komandalar arasında ilk matç Bilbao təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
çap et