525.Az

Yerə ən yaxın halqaşəkilli qalaktika aşkar edildi


 

Yerə ən yaxın halqaşəkilli qalaktika aşkar edildi<b style="color:red"></b>

Astrofiziklər ehtimala görə başqa qalaktika ilə toqquşmadan yaranan halqaşəkilli qalaktika tapıblar.
 
Trend-in məlumatına əsasən, bu kəşf barədə “Monthly Notices of the Royal Astronomical Society” nəşrində dərc olunub.

Qalaktika Ketrin Çarxı (Kathryn’s Wheel) adını alıb və bizdən təqribən 30 milyon işıq ili uzaqlıqda yerləşir. Bu da o deməkdir ki, Ketrin Çarxı bu vaxtadək kəşf edilən digər qalaktikalarla müqayisədə təxminən 7 dəfə yaxındır.

Alimlər hesab edirlər ki, Ketrin Çarxı başqa qalaktika ilə toqquşma nəticəsində yaranıb. Qalaktika Avstraliyada “UK Schmidt Telescope” vasitəsilə Süd Yolunun Cənub hissəsinin tədqiq edilməsi zamanı aşkar edilib.

 





18.08.2015    çap et  çap et