525.Az

Türkiyəli atletə ağır cəza: qızıl medaldan məhrum edildi


 

Türkiyəli atletə ağır cəza: qızıl medaldan məhrum edildi<b style="color:red"></b>

Türkiyəli atlet Aslı Alptekin dopinqdən istifadə etdiyi üçün 2012-ci ildə keçirilən Olimpiya Oyunlarında 1500 metr qaçış üzrə yarışlarda qazandığı qızıl medaldan məhrum edilib.

Qol.Az-ın xəbərinə görə, bu haqda Lozannadakı İdman Arbitraj Məhkəməsinin mətbuat xidməti bildirib.  Bundan başqa, A.Alptekin 8 il yarışlardan uzaqlaşdırılıb.

Qeyd edək ki, A.Alptekin barəsində araşdırma 2013-ci ildə başlanmışdı.

 





18.08.2015    çap et  çap et