525.Az

QAT-dan etiraz aksiyası


 

QAT-dan etiraz aksiyası <b style="color:red"></b>

Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

APA-nın xəbərinə görə, aksiya Gürcüstan vətəndaşı, milliyyətcə azərbaycanlı Turqay Mikayılovun Ermənistan sərhədçiləri tərəfindən tutulmasına etiraz olaraq təşkil edilib.
 
Həmçinin piketdə son aylarda Ermənistan-Gürcüstanda sərhədində azərbaycanlıların toplu halında yaşadıqları ərazilərin ermənilər tərəfindən zəbt olunmasına etiraz edilib.
 
Aksiyada “Turqay Mikayılova azadlıq!”, “Gürcüstan ərazisində ikinci Dağlıq Qarabağ  münaqişəsi yaşanmasın!” və s. şüarlar səsləndirilib.
 
Sonda aksiyanın qətnaməsi oxunub, sənəd səfirliyə təqdim olunub.
 
QAT-dan APA-ya verilən məlumata görə, bu gün saat 11.00 radələrində təşkilatın sədri Akif Nağı Bakı şəhəri Nərimanov Polis İdarəsinə aparılıb.
 
Məlumatda qeyd olunub ki, bu, QAT-ın Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında keçirdiyi aksiya ilə bağlıdır.

 





18.08.2015    çap et  çap et