Aktyor Bred Pit Nyu Orleansda baş verən qasırğanın izlərini yox etdirmək üçün 109 ailənin evini təmir etdirib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 10 il öncə baş verən qasırğanın viran qoyduğu evləri öz hesabına düzəltdirən aktyor dünyanın ən yaxşı memarlarının bu layihədə çalışmasına imkan yaradıb.
2005-ci ildə "Katrina" adlı qasırğadan sonra evləri yararsız hala düşən sakinlər isə Hollivud ulduzuna təşəkkür ediblər.
Qeyd edək ki, may ayında həyat yoldaşı, aktrisa Ancelina Coli ilə burada 6 milyon yarımlıq villa alan Bred o vaxt burdakı uçuq evləri görərkən bu layihəyə qərar verib.
çap et