525.Az

Davudoğlu hökumət qura bilmədi


 

Davudoğlu hökumət qura bilmədi<b style="color:red"></b>

Türkiyənin Baş naziri və Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu hökumət qurmaq səlahiyyətini Rəcəb Tayyib Ərdoğana təhvil verib.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, prezident sarayında 1 saat 25 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
 
Görüşün yekununda rəsmi məlumat verilib:“Əhməd Davudoğlu prezidentə bütün səylərinə rəğmən etibarlı hökumət qurma imkanını tapmadığını bildirib və vəzifəsini Rəcəb Tayyip Ərdoğana təhvil verib. Prezident Davudoğluna gördüyü işlərə görə təşəkkür edib".

 





19.08.2015    çap et  çap et