525.Az

Kitab həvəsi “Facebook”u “Bookface”-ə dəyişdirdi


 

Kitab həvəsi “Facebook”u “Bookface”-ə dəyişdirdi<b style="color:red"></b> Rumıniya bələdiyyəsi insanların kitaba marağını artırmaq üçün maraqlı ideyalar gerçəkləşdirir.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kaloşvar şəhərinin bələdiyyə başçısı Emil Boc bir neçə layihələr həyata keçirir ki, bunlardan biri də "Facebook”adının ölkədə "Bookface”-ə dəyişdirilməsidir. Yəni istifadəçilər profil şəkillərini kitab oxuduqları şəkillərlə əvəzləyəcəklər. Bu sosial şəbəkədə trend topik - əsas mövzu da ədəbiyyat olacaq. Bu layihəyə qatılanlar müəyyən mağaza və restoranlara endirim əldə edə biləcəklər.

Bundan başqa, kitab oxuyan vətəndaşlar şəhər daxilində avtobusa pulsuz minə biləcəklər. Bunun üçün vətəndaş avtobusa minərkən əlində mütləq kitab olmalı və avtobusda o kitabı oxumalıdır.

İdeyanın məqsədi kitaba, ədəbiyyata marağın artması və daha çox insanın mütaliə etməsinə nail olmaqdır.
 





19.08.2015    çap et  çap et