525.Az

Bakıda 75 yaşlı kişi özünü yol kənarında ağacdan asıb


 

Bakıda 75 yaşlı kişi özünü yol kənarında ağacdan asıb<b style="color:red"></b>

 Bakıda intihar hadisəsi baş verib.


 Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

 

Hadisə bu gün rayonun Sarayevo küçəsi, 13a ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 75 yaşlı Xarçenko Vladimir Germanoviç yol kənarındakı şam ağacından özünü asıb.

 

Mərhumun meyiti ərazidən keçən vətəndaşlar tərəfindən aşkar edilib. Bu barədə polisə məlumat verilib və əraziyə əməliyyat qrupu gəlib. Hazırda intiharın səbəbləri araşdırılır.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

 





24.12.2012    çap et  çap et