525.Az

Ərzaq məhsulları bahalaşır?


 

Ərzaq məhsulları bahalaşır?<b style="color:red"></b>

Bir neçə gündür ki, Azərbaycanda ərzaq mallarının qiymətləri sürətlə artırılır. Artıq mağazalarda çay, qənd, şəkər tozu, makaron, yağ, toyuq, süd məhsullarının qiymətləri 15 faizdən 35 faizədək qaldırılıb.

KİV-də yayılan məlumata görə, hələlik sonuncu olaraq məhsullarının qiymətini qaldıran "Azərsun” Holdinqdir. Ölkə bazarında kifayət qədər yer tutan və yerli məhsula olan tələbatın böyük hissəsini təmin edən "Azərsun” Holdinq avqustun 18-dən etibarən mağazalara verdiyi məhsullarının qiymətini dəyişib.

"Bütün məhsulların qiymətinin 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir".

Məsələ ilə bağlı "Azərsun Holding"in Biznesin İnkişafı və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afiq Səfərov açııqlama verib.

Onun sözlərinə görə, şirkətin məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil:

"Dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. İqtisadi böhranla bağlı Holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub".

Adalet.az

 





19.08.2015    çap et  çap et