525.Az

Elton Con qadağan olunmuş yazarların müdafiəsinə qalxdı


 

Elton Con qadağan olunmuş yazarların müdafiəsinə qalxdı<b style="color:red"></b> Dünya şöhrətli müğənni-bəstəkar Elton Con sosial şəbəkədə Venesiya məktəblərində eynicinsli ailələrlə bağlı kitabların qadağan olunmasına etirazını bildirib.

Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, E.Con şəhər meri Luici Brunyaronun bu qərarını indiki məqamda yersiz hesab edir:

"Merin qadağası cəmiyyəti parçalayır və nadanlığın, ayrı-seçkiliyin hökm sürməsinə şərait yaradır”.

Qadağan olunmuş müəlliflərə dəstək olaraq o, eynicinsli nikahlara dair bir neçə kitab şəklini də paylaşıb.

Qeyd edib ki, bu kitabları onun eynicinsli ailəsində böyüyən oğulları da çox sevir. Müəllifi Todda Para olan kitabların birində deyilir ki, "Dözümlü, yenilikləri və müxtəlifləri qəbul edən dünyada ailə hər formada, rəngdə, ölçüdə ola bilər. Əsas odur ki, o ailədə məhəbbət olsun”.  

Qeyd edək ki, Venesiya meri bu yaxınlarda qeyri-ənənəvi nikah haqqında 49 kitabı orta məktəblərdə qadağan etmişdi. Buna etiraz olaraq 250 italyan yazıçı əsərlərini Venesiyadan geri almışdı. Ona görə də şəhər meriyası siyahını qısaltmış, yalnız iki kitaba qadağanı saxlamışdı. Bunlar, Françesko Pardinin "Balaca yumurta” və Ofeliya Teksyenin "Cinnin iki anası var” adlı kitablarıdır.
 





19.08.2015    çap et  çap et