525.Az

Bu məsləhətlərdən yan keçməyin


 

Bu məsləhətlərdən yan keçməyin<b style="color:red"></b> Xəstələnəndə, məişət qəzalarında ilk əl atdığımız dərmanlar olur. Əlbəttə, sınanmış, yaxşı dərmanlar əcza qutusunda olmalıdır. Amma bəzən təbiətin bəxş etdiyi nemətlər o dərmanlardan daha çox işə yarayır.

Adalet.az daim gərəyiniz olacaq tövsiyələri təqdim edir:
 
* Yanıq yerlərinə yemiş dilimi qoyun, ağrını azaldacaq, sağalmasını sürətləndirəcək.

* Yemiş çərdəyinin suyunu qaynadıb için, qaraciyərin təmizlənməsi üçün çox faydalıdır.

* Bir dilim yemişi əzilib yarım stəkan soyuq süd və eyni miqdarda su ilə qarışdırıb üzə çəkin. Quru dəriləri nəmləndirəcək.

* Barmağınıza taxta tilişkəsi batıbsa, üzərinə çox yetişmiş banan dilimi qoyub bağlayın. Bu, barmaqdakı yad cismi çıxaracaq.

* Nəfəsiniz pis qoxu verirsə, bir dilim xiyarı 30 saniyə ağzınızda saxlayın. Ağızdakı pis qoxu verən bakteriyaları öldürəcək.

* Nəfəs qoxusuna cəfəri də yaxşı kömək edir. Gündə bir dəfə cəfəri yeyin.

* Paltarlarınıza düşmüş yağ ləkəsini təbaşiri həmin bölgəyə sürtməklə çıxarın.

* Daha çox tərləyən bölgələrinizə uşaq pudrası çəkin. Bu sizi artıq tərləmədən qoruyacaq.

* Ayaq barmağınızı harasa vurub əzmisinizsə, barmağı yerə sərt şəkildə basın, ağrını azaldacaq.
 





19.08.2015    çap et  çap et