525.Az

"Panatinaikos"un baş məşqçisi: "Bakıya qələbə üçün gedirik"


 

"Panatinaikos"un baş məşqçisi: "Bakıya qələbə üçün gedirik"<b style="color:red"></b>

"Qəbələ" bizə tanış klub deyil. Amma onlar Avropa Liqasında 3 mərhələ keçməyi bacarıblar. Buna görə də Bakıdakı oyunda diqqətli olmalıyıq. Çünki əsas məqsədimiz Avropa Liqasının qrup mərhələsinə düşməkdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou Bakıya yola düşməzdən əvvəl Afina hava limanında Yunanıstan mətbuatına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis Bakıya yalnız qələbə üçün getdiklərini bildirib: "İşimizi asanlaşdırmaq üçün ilk matçda qalib gəlmək lazımdır. Bunun üçün oyuna ciddi yanaşmalıyıq”.

Xatırladaq ki, sabah 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ"- "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

 





19.08.2015    çap et  çap et