525.Az

Tanınmış aktrisalar Muxtar Maniyevə baş çəkiblər


 

Tanınmış aktrisalar Muxtar Maniyevə baş çəkiblər<b style="color:red"></b>

Tanınmış aktrisalar hazırda xəstəxanada olan Xalq artisti Muxtar Maniyevə baş çəkiblər. Bu barədə əməkdar artist Nahidə Orucova sosial şəbəkədə yazıb və fotolar paylaşıb.

Aktrisa bunları qeyd edib: "Görkəmli sənətkarımız, xalq artisti Muxtar Maniyevin Allah şəfasını versin, yastığı yüngül olsun. Həyat yoldaşına Allahdan səbr diləyirik. İnşallah, evində görüşənədək".

Fotolardan məlum olur ki, sənətkara baş çəkənlər arasında xalq artistləri Nuriyyə Əhmədova və Həmidə Ömərova da var.

Qeyd edək ki, avqustun 11-də Elmi Cərrahiyyə Mərkəzində sənətkarın sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

Ölkə.az

 





19.08.2015    çap et  çap et