525.Az

"Fənərbaxça"nın baş məşqçisi cəzalandırıldı


 

"Fənərbaxça"nın baş məşqçisi cəzalandırıldı<b style="color:red"></b>

Çempionlar Liqasının III təsnifat mərhələsində "Şaxtyor"la keçirilən oyunda hakim tərəfindən tribunaya göndərilən "Fənərbaxça"nın baş məşqçisi Viktor Pereyranın cəzası bəlli olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, UEFA Nizam-İntizam Komitəsi portuqaliyalı mütəxəssisi iki oyunluq cəzalandırıb.

Bu səbəbdən Pereyra Avropa Liqasının pley-off mərhələsində "Atromitos"la (Yunanıstan) keçiriləcək oyunları tribunadan izləməli olacaq. Qaydalara əsasən Pereyra oyunboyu komandası ilə heç bir əlaqə yarada bilməyəcək.

Qeyd edək ki, matçın gedişində "Şaxtyor"un iki futbolçusu - Dario Srna və Fredlə Pereyra arasında gərginlik yaşandığı üçün görüşün baş hakimi "Fənərbaxça"nın baş məşqçisini tribunaya göndərib.

 





19.08.2015    çap et  çap et