525.Az

Türk lirəsi tarixi minimumu yeniləyib


 

Türk lirəsi tarixi minimumu yeniləyib<b style="color:red"></b> Türkiyənin milli valyutası lirənin dollara nəzərən məzənnəsi tarixi minimumu yeniləyib.
 

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu ölkənin Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasından sonra 1 dollar 2,93 lirəyədək yüksəlib.
 
Məhz bu açıqlamadan sonra dünən qeydə alınan 1 dollar 2,90 lirəlik rekord təzələnib.
 
Qeyd edək ki, paralel olaraq artan avro da 3,21 lirə sərhədini keçib. İndi 1 avro 3,2156 lirəyə bərabərdir.
 





19.08.2015    çap et  çap et