525.Az

Vidadi Babanlının ayağı sınıb


 

Vidadi Babanlının ayağı sınıb<b style="color:red"></b> Yazıçı Vidadi Babanlının ayağı sınıb.
 
Bu barədə APA-ya yazıçının özü məlumat verib.
 
V. Babanlı hazırda yataq şəraitində müalicə aldığını bildirib: “Zaqatalaya istirahətə gəlmişdim, yıxılıb ayağımı sındırdım. İndi yataqdayam, gecələr möhkəm ağrılarım olur. Belə görürəm ki, sınığın bitişməyi uzun çəkəcək”.
 
V. Babanlı əlavə edib ki, müalicəsi hazırda ev şəraitində davam edir: “Hər şey həkimlərin məsləhətindən asılıdır. Bakıya getməyim hələlik mümkün deyil. Gərək tam sağalam ki, ayağa durmağım mümkün olsun, yoxsa fəsadı çox olar”.
 





20.08.2015    çap et  çap et