525.Az

Model olmaq istəyi onu dəhşətli hala saldı (Video)


 

Model olmaq istəyi onu dəhşətli hala saldı <b style="color:red">(Video)</b> Dünyanın ən zəif qadını kimi tanınan 39 yaşlı Valeria Levitinanın ən böyük arzusu ana olmaqdır.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 80-ci illərin sonunda ailəsi ilə birlikdə Moskvadan ABŞ-a köçən və 1994-cü ildə "Miss Chicago" seçilən Levitina hazırda cəmi 25 kilodur. Daha "gözəl" görünmək üçün dietaya başladıqdan sonra anoreksiya xəstəliyinə tutulan 1.72 sm boyu olan Rusiya vətəndaşı Levitinanın niyə bu qədər arıqlaması haqqında çoxlu söz-söhbət gəzir. Deyilənlərə görə, tələbəlik illərində məktəbin ən gözəl qızlarından olan qız Moskvada model olmaq üçün müraciət etdiyi agentlikdən aldığı cavaba pərt olduğu üçün, onu lağa qoymasınlar deyə yeməkdən, içməkdən əlini üzərək arıqlamağa qərar verib.  Hazırda anasının da "gəzən meyid" dediyi Levitina işsizlik maaşıyla dolanır.

 





24.12.2012    çap et  çap et