525.Az

9 gün açıq dənizdə qalan balıqçılar sağdır!


 

9 gün açıq dənizdə qalan balıqçılar sağdır!<b style="color:red"></b> Avqustun 10-da balıq ovu üçün Pirallahıdan Xəzər dənizinə çıxmış Neftçala rayon sakini olan balıqçılar avqustun 19-da gecə evlərinə qayıdıblar.
 
Bu barədə APA-ya Neftçala bələdiyyəsinin sədri Aydın Aslanov məlumat verib.
 
A. Aslanov deyib ki, motorlu qayığın akkumulyatoru sıradan çıxdığı üçün 4 balıqçı 9 gün açıq dənizdə qalıb:
“Xəzərdə itkin düşən balıqçılar 9 gün sonra başqa bir balıqçı gəmisindəki balıqçıların yardımı ilə akkumulyatoru təmir edərək sahilə çıxıblar”.
 
A. Aslanov 9 gün ərzində balıqçıların ehtiyat üçün götürdükləri ərzaq və su ilə qidalandıqlarını da söyləyib: “Balıqçılar həmişə pis günlərini fikirləşdikləri üçün ehtiyat azuqə götürürlər”.
 





20.08.2015    çap et  çap et