525.Az

Yunanıstan baş naziri istefa verib


 

Yunanıstan baş naziri istefa verib<b style="color:red"></b>

Yunanıstanın baş naziri Aleksis Tsipras istefaya getdiyini və ölkədə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini bəyan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Konstitusiyaya uyğun olaraq seçkilərin sonunadək hökumətə Yunanıstan Ali məhkəməsinin sədri Vasilika Tanu-Xristofilu başçılıq edəcək.
 
“Parlament seçkilərində yunan xalqı bundan sonra  kimin ölkəni irəli aparacığını müəyyən etməlidir”, deyə A.Tsipras xalqa müraciətində bildirib.
 
Parlament seçkilərinin sentyabrın 20-də keçiriləcəyi planlaşdırılır. 
 
Qeyd edək ki, Aleksis Tsipras solçu  SİRİZA Koalisiyasının 25 yanvar 2015-ci ildə keçirilmiş parlament seçkilərindəki qələbəsindən sonra baş nazir postunu tutmuşdu.

 





21.08.2015    çap et  çap et