525.Az

Neft 32 dollara qədər ucuzlaşa bilər


 

Neft 32 dollara qədər ucuzlaşa bilər<b style="color:red"></b>

Dünya bazarlarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, birjalarda təklifin tələbi üstələməsi şəraitində neft 8-ci həftədir ki, ucuzlaşmaqda davam edir.

Bu “qara qızıl”ın satış tarixində 1986-cı ildən bəri görülməmiş hadisədir. Brent markalı neftin qiyməti 0,94% ucuzlaşaraq 1 barelə görə 46,18 dollar, “WTI” markalı neftin qiyməti isə 1,02% ucuzlaşaraq 40,19 dollara düşüb.

“OPEK” dövlətlərinin yüksək neft hasilatını saxladıqları üçüb “Citigroup İnc.” Mərkəzinin analitikləri neftin 32 dollara qədər ucuzlaşacağını güman edirlər. 

 





21.08.2015    çap et  çap et