Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüş komandamızın 7:6 hesablı qələbəsi ilə başa çatıb.
Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ramil Əliyev, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev və Asif Zeynalov fərqlənib.
çap et