525.Az

"Qürur duy, can Azərbaycan!"


 

"Qürur duy, can Azərbaycan!"<b style="color:red"></b>

Vaxtilə "Turan Tovuz" klubunun baş məşqçisi vəzifəsində işləmiş Naci Şensoy "Qarabağ"ı Avropa Liqasının pley-off mərhələsində səfərdə İsveçrə təmsilçisi "Yanq Boyz" üzərində qələbə (1:0) münasibəti ilə təbrik edib.

Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis şəxsi "Facebook" hesabında bunları bildirib:

"Avropa Liqasının pley-off mərhələsində səfərdə "Atromitos" üzərində qələbə münasibətilə "Fənərbaxça"nı nə qədər təbrik etmək gərəkərsə, Azərbaycan klubu "Qarabağ"ın "Yanq Boyz" üzərində qələbəsindən də bir o qədər qürur duymalıyıq. Qarabağ torpaqlarının sadəcə Azərbaycana aid olduğunu idman vasitəsilə Avropaya sübut etməkdən daha gözəl bir yol yoxdur. Təbriklər Türkiyə, qürur duy, can Azərbaycan!"

 





22.08.2015    çap et  çap et