525.Az

Amsterdam-Paris sərnişin qatarına silahlı hücum


 

Amsterdam-Paris sərnişin qatarına silahlı hücum <b style="color:red"></b>

Naməlum silahlı şəxs Amsterdam-Paris sərnişin qatarına hücum edib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Le Figaro” məlumat yayıb.
 
Məlumata görə, silahlının atəş açması nəticəsində 3 nəfər yaralanıb. Cinayətkarın artıq saxlanıldığı bildirir.   
 
“TASS”-ın məlumatına əsasən, qatarda atəş açan Mərakeş əsilli 26 yaşlı şəxs olub. İlkin məlumata görə, hücum zamanı o avtomat və bıçaqla silahlanıb. 
 
Yaralananlar arasında “Leon” və “Klan Saprano” filmlərində çəkilmiş tanınmış aktyor Jan Yuq Anqkand var. İnsident zamanı həmçinin amerikalı və britaniyalı 2 keçmiş hərbçi də yaralanıb. Məlumata görə, məhz onlar vaxtında reaksiya verərək silahlı şəxsi zərərsizləşdirə bilib.     
 
Hadisə yerinə Fransa DİN rəhbəri Bernar Kaznev gəlib.

 





22.08.2015    çap et  çap et