525.Az

Qvatemalanın sabiq vitse-prezidenti həbs edilib


 

Qvatemalanın sabiq vitse-prezidenti həbs edilib<b style="color:red"></b>

Korrupsiyada ittiham olunan Qvatemalanın sabiq vitse-prezidenti Roksana Baldetti həbs edilib.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Roksana Baldettinin  gömrük məmurlarının korrupsiya cinayətləri ilə əlaqəli olduğu iddia edilir.
 
İstintaqın materiallarına əsasən, Baldetti daxil olmaqla bir neçə məmur rüşvət şəklində aldıqları  milyonlarla dolların müqabilində iri sahibkarlara gömrük rüsumları ödəməmək imkanı yaradıblar.
 
Üç ay əvvəl istefaya getmiş Roksana Baldetti bütün ittihamları təkzib edərək günahsız olduğunu iddia edir.
 
Qeyd edək ki, korrupsiya ilə bağlı cinayət işi həmçinin prezident Otto Peres Molinu barəsində də başlanıb, lakin konqres ötən həftə dövlət başçısının toxunulmazlığını ləğv etməkdən imtina edib. 

 





22.08.2015    çap et  çap et