525.Az

ABŞ müsəlmanlarından etiraz


 

ABŞ müsəlmanlarından etiraz<b style="color:red"></b>

ABŞ müsəlmanlarının ən iri təşkilatı olan ABŞ-İslam Münasibətləri Şurası prezidentliyə seçki kampaniyasında iştirak edən Viskonskin ştatının qubernatoru Skott Uokerin üzr istəməsini tələb ediblər.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Uoker çıxışlarının birində dünyada çox az sayda dərrakəli və mötədil İslam dininin ardıcıllarının olduğunu bildirib. 
    
ABŞ-İslam Münasibətləri Şurası rəhbərliyinin nümayəndəsi Robert Makkonun sözlərinə görə, bu cür bəyanatlar prezidentliyə namizədə yaraşmayan İslamı və müsəlmanları anlamamasını əks etdirir.

 





22.08.2015    çap et  çap et