525.Az

Sarkisyan Konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib


 

Sarkisyan Konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib<b style="color:red"></b> Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiyada islahatlar layihəsini parlamentə təqdim edib. 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidentinin yanında Konstitusiya islahatları üzrə ekspert komissiyası layihənin hazırlanmasını  başa çatdırıb.    
 
Məlumata görə, Ermənistan prezidentinin  parlamentdə Konstitusiya islahatları ilə bağlı məsələlər üzrə rəsmi nümayəndəsi ekspert komissiyasının üzvü Vardan Poqosyan təyin edilib.
 
Qeyd edək ki,  Serj Sarkisyan gələn həftədən respublikadakı siyasi qüvvələrin nümayəndələri ilə Konstitusiya islahatları layihəsində yer almış yanaşmalarla bağlı məsləhətləşmələr keçirəcək. 
 





22.08.2015    çap et  çap et