525.Az

Rusiya millisində iki azərbaycanlı


 

Rusiya millisində iki azərbaycanlı<b style="color:red"></b>

21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin heyəti açıqlanıb.

Qol.Az-ın məlumatına görə, sentyabrda “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək komandanın heyətinə 23 futbolçu cəlb olunub.

Onlardan ikisi azərbaycanlıdır. Moskva "Spartak"ından Ayaz Quliyevlə "Zenit"in "Rubin"ə icarəyə verdiyi Ramil Şeydayev Rusiya millisinə dəvət alıb.

Qeyd edək ki, millimizlə eyni qrupda yer alan  Rusiya yığması sentyabrın 4-də Finlandiya, 8-də Avstriya ilə qarşılaşacaq.

 





22.08.2015    çap et  çap et