525.Az

Milli Kitabxanada “Bəkir Nəbiyev-85” adlı kitab sərgisi açılıb


 

Milli Kitabxanada “Bəkir Nəbiyev-85” adlı kitab sərgisi açılıb<b style="color:red"></b>

Avqustun 21-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli tənqidçi və ədəbiyyatşünas, akademik Bəkir Nəbiyevin anadan olmasının 85 illiyi münasibətilə “Bəkir Nəbiyev-85” adlı geniş kitab sərgisi açılıb.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Bəkir Nəbiyevin yaradıcılığından danışıb. O, akademikin kitabxananın bütün tədbirlərində iştirakından söz açıb.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ədəbiyyatşünas alimin Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışıb. Akademikin yorulmaz elmi axtarışları nəticəsində çap olunan əsərlərinin hər zaman aktual olaraq, müəllifinə əbədiyaşarlıq gətirdiyini söyləyib.

Tədbirdə professorlar Məhərrəm Qasımlı, Qəzənfər Paşayev və Tehran Əlişanoğlu çıxış edərək, görkəmli akademik haqqında xatirələrini bölüşdülər.

Sonra Bəkir Nəbiyevin ailəsi adından mərhumun qızı tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək Milli Kitabxananın kollektivinə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda tədbir iştirakçıları alimin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış olublar.

Sərgidə akademikin Azərbaycan və rus dillərində çap olunmuş əsərləri, haqqında yazılan və “Ön söz” yazdığı, redaktoru olduğu kitablar nümayiş olunub.

 





22.08.2015    çap et  çap et