525.Az

Dünyanın ən gözəl süpürgəçi qadını


 

Dünyanın ən gözəl süpürgəçi qadını<b style="color:red"></b>

Tacikistandan olan 19 yaşlı Munirə Mirzəyeva paytaxt Düşənbədə süpürgəçi işləyir. Munirə rumın fotoqrafın onun şəklini çəkməsinədək kimsə tərəfindən tanınmırdı. İndi isə onu hamı tanıyır.

Axşam.az xəbər verir ki, Mixael Norokun “The Atlas of Beauty” (“Gözəllik atlası”) internet layihəsi Munirəyə böyük şöhrət gətirib. Belə ki, fotoqraf küçədə təsadüfən rastlaşdığı gözəl xanımların şəkillərini çəkib.

Məqsədi isə Planetin müxtəlif yerlərindən olan qadınların gözəlliyini nümayiş etdirmək olub. Norok Munirə ilə elə işi zamanı tanış olub və şəklini çəkib. Daha sonra tacik qızın fotolarını sosial şəbəkədə yerləşdirib və Munirənin şəkilləri bir dəqiqədə 4 mindən çox “like” toplayıb.

Qeyd edək ki, Munirə süpürgəçilik yolu ilə 7 nəfər ailə üzvünü dolandırır. O, orta məktəbi bitirdikdən sonra, həkim olmaq istəsə də, ailənin maddi durumu onun təhsil almasına imkan verməyib.

 





23.08.2015    çap et  çap et