525.Az
Türkiyədə növbəti terror aktı
Türkiyədə növbəti terror hadisəsi baş verib.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Diyarbəkirin Kulp qələbəsindəki hidroelektrik stansiyasının tikintisinin aparıldığı əraziyə silahlı hücum təşkil edib.
Hücumun qarşısını alarkən Türkiyə Silahlı Qüvvələrinin bir əsgər şəhid olub, 3-ü isə yaralanıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yazılı açıqlamasında bildirilib ki, terrorçulara layiqli cavab verilib.
Açıqlamada terrorçuların zərərsizləşdirilməsi üçün hərbi əməliyyatların davam etdiyi, yaralı əsgərlərinin səhhətinin normal olduğu bildirilir.
23.08.2015
çap et