525.Az

Muxtar Maniyev evə buraxıldı


 

Muxtar Maniyev evə buraxıldı<b style="color:red"></b>

Azərbaycanın xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyorun vəziyyəti hazırda qənaətbəxşdir:
 
“Ümumi vəziyyəti normaldır, narahatlıq yaradan səbəb yoxdur. Özü də qalmaq istəmirdi, ona görə bazar günü xəstəxanadan çıxardıq”.
 
N. Maniyeva əlavə edib ki, M. Maniyevin müalicələri ev şəraitində davam edəcək:
 
“Evdə nə lazımdırsa, edəcəyik. Tikişləri hələ sökməyiblər. Ehtiyac olanda həkimlər evə gəlib-gedəcəklər”.
 
Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. Avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.   

 





24.08.2015    çap et  çap et