525.Az

"Bavariya"dan Müller açıqlaması


 

"Bavariya"dan Müller açıqlaması<b style="color:red"></b>

"Bavariya"nın yarımmüdafiəçisi Tomas Müllerin klubdakı gələcək taleyinə aydınlıq gəlib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 25 yaşlı futbolçu növbəti mövsümdə də Münhen təmsilçisində qalacaq.

Bu barədə danışan klubun direktoru Matias Sammer Mülleri satmayacaqlarını bildirib: "Hər futbolçuya ehtiyacımız var. Müller də həmin futbolçulardan biridir. Onu heç bir kluba satmayacağıq".

Qeyd edək ki, Müllerin "Mançester Yunayted"ə transfer olunacağı iddia olunur. İngiltərə təmsilçisi onun transferi üçün 50 milyon avrosundan keçməyə hazırdır.

 





25.08.2015    çap et  çap et