525.Az

Əvvəl Qurban Qurbanov, sonra Harald Qamprel


 

Əvvəl Qurban Qurbanov, sonra Harald Qamprel<b style="color:red"></b>

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" və "Yanq Boyz" klubları arasında keçiriləcək cavab matçı üçün mətbuat konfranslarının vaxtı məlum olub.

Qol.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionun mətbuat zalında ilk olaraq “Qarabağ”ın  baş məşqçi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıracaq. O, media qarşısına saat 17:15-də çıxacaq.

"Yanq Boyz"un baş məşqçisi Harald Qamperlenin mətbuat konfransı isə saat 17:45-də başlayacaq. Rəqibin oyunqabağı son məşqi saat 18:15-də, "Qarabağ"ın son hazırlığı  isə saat 19:15-də Suraxanı qəsəbəsindəki bazada baş tutacaq.

Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Yanq Boyz" matçı saat 21:00-da başlanacaq.

 





26.08.2015    çap et  çap et