525.Az

Ledi Qaqa Yaponiyanın sosial şəbəkəsində “stiker” oldu


 

Ledi Qaqa Yaponiyanın sosial şəbəkəsində “stiker” oldu<b style="color:red"></b>

“Hello Kitty” personajı üzərində çalışan yaponiyalı dizayner Yuko Yamaquti (Yuko Yamaguchi) “Line” messenceri üçün “stikerlər” kolleksiyası təqdim edib. Bu “stikerlərdə” amerikalı müğənni Ledi Qaqa təsvir olunub.

Trend bu barədə xarici mətbuata istinadən məlumat verir.

İstifadəçilərin seçiminə 9 yarlıq təqdim olunur: bu yarlıqların hamısına müğənni müxtəlif səhnə kostyumlarında təsvir olunub.

“Stikerlər”i sentyabrın 21-dən yükləmək olacaq.

Qeyd edək ki, “Line” dünyada populyarlığına görə “WhatsApp”və “Skype”-dan sonra üçüncü yerdədir. Proqram təminatı ən çox Asiya ölkələrində - Yaponiya, İndoneziya və Tailanda populyardır.

 





26.08.2015    çap et  çap et